Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:58

Azərbaycan NATO-nun yeni missiyasında iştirak edəcək


Əfqanıstanda beynəlxalq qüvvələr
Əfqanıstanda beynəlxalq qüvvələr
-
2014-cü ildən sonra Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) əvəzinə yeni NATO missiyası yaradılacaq.

Bu haqda qərar ISAF-a töhfə verən dövlətlərin xarici işlər nazirlərinin Brüssel şəhərində keçirilən toplantısında qəbul olunub.

Azərbaycan XİN-dən bildiriblər ki, yeni missiyanın əsas vəzifələri təlim, məsləhət və yardımdan ibarət olacaq:

«NATO-nun etibarlı və sadiq tərəfdaşı olaraq, habelə ISAF əməliyyatına verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq, NATO tərəfindən Azərbaycan bu missiyada potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib. Bundan sonra, Azərbaycan yeni missiyanın planlama prosesində iştirak edəcək».

Hazırkı mərhələdə Azərbaycandan başqa yalnız 7 tərəfdaş dövlət - Avstraliya, Gürcüstan, Yeni Zelandiya, Ukrayna, Finlandiya, İsveç və Monteneqro potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.

Xarici işlər nazirlərinin toplantısında Elmar Məmmədyarov da iştirak edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG