Keçid linkləri

2017, 29 İyul, şənbə, Bakı vaxtı 15:55

«İki avtomobil qazandıran lotereyalarım əlimdən alınıb»


Lotereya
-

Füzuli köçkünü Elmin Şıxəliyev «Qaynar xətt»ə şikayət edib. İddia edir ki, bu ilin oktyabr ayında aldığı lotereya biletləri ona 2 avtomobil qazandırıb. Ancaq biletləri satan Həbib adlı şəxs onların uduşlu olduğunu biləndən sonra aldadaraq əlindən alıb.

«Lotereya biletlərini həmin satıcıyla birlikdə yoxladıq. Biletlərin ikisində «Kia rio» yazılmışdı. Satıcı dedi ki, lotereyaların hamısı uduşsuzdur, əlimdən alıb, yanındakı qəzetlərin arasına atdı. Sonra mənə aydın oldu ki, həmin lotereyalar avtomobil udub. Getdim yanına, ona sübut edə bilmədim ki, lotereya biletləri onda qalıb».

«RƏİS MÜAVİNİ DEDİ GEDİN MÜQƏDDƏS OCAQDA AND İÇİN»

Elmin Şıxəliyev bilet satıcısından Füzuli rayon Polis Şöbəsinə şikayət edib:

«Oktyabrın 15-də rayon polis şöbəsinin rəis müavini məni qəbul etdi, satıcını da çağırdı. Mənim iştirakım olmadan onunla 20 dəqiqəyə yaxın danışdı. Sonra məni də otağına çağırdı, ikimizə də dedi ki, gedin bir müqəddəs ocaq tapın, and için, söhbət bitsin. Mən dedim burda cinayət baş verib, cinayətdə and keçmir. Tələb etdim ki, şikayətim araşdırılsın. Sonra da şikayətimi yazılı şəkildə bildirdim».

Orxan Mansurzadə
Orxan Mansurzadə
Şikayətçi deyir ki, rayon polisi onun ərizəsini araşdırmadığına görə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Elmin Şıxəliyevin şikayətini Füzuli rayon polis şöbəsinin təhqiqatçısı İlkin Qəhrəmanov araşdırıb və şikayət əsassız hesab olunub:

«Vətəndaş iddia edir ki, iki lotereya bileti uduşlu olub. Ərizəsi araşdırılıb, tərəflərin izahatları alınıb. Məsələnin araşdırılması üçün «Azərlotereya» şirkətinə sorğu göndərilib və həmin şirkətdən cavab gəlib ki, şirkət tərəfindən Füzuli rayonuna göndərilmiş lotereya biletlərinin heç biri uduşlu olmayıb».

Orxan Mansurzadə bildirib ki, şikayət təsdiqini tapmadığına görə cinayət işinin başlanması rədd edilib.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG