Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 20:50

"Batkivşina" liderini dəyişmək fikrində deyil

Yulia Timoshenko
Yulia Timoshenko
Ukraynanın müxalifətdə olan “Batkivşina” partiyası lideri Yuliya Timoshenkonu dəyişmək fikrində deyil.
Bu barədə partiyanın müavini və Ali Radanın sədr müavini Nikolay Tomenko Kiyevdə keçirdiyi brifinqdə məlumat verib.

O həmçinin qeyd edib ki, “Batkivşina” digər siyasi partiyalarla birləşərək vahid partiya yaratmaq qərarına gəlməyib.
Amma o partiyanın parlamentdəki fraksiyasına müstəqil deputatların qoşulacağını istisna etməyib.

“Batkivşina” partiyasına 1999-cu ildən hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoshenko rəhbərlik edir.
O səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.
This item is part of
XS
SM
MD
LG