Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Suriya hökuməti paytaxt ətrafını bombardman edir


Suriyada hökumət qüvvələri paytaxt Dəməşqin ətrafında müxalifət qüvvələrinin nəzarətində olan əraziləri döyüş təyyarələri və artilleriya ilə bombardman edir. Qeyri-rəsmi məlumatlara görə hökumət qüvvələri müxalifətin Dəməşq hava limanına gedən yolları kəsməsi və paytaxta daxil olmasının qarşısını almağa çalışırlar.

Suriyada iki ilə yaxındır hökumət qüvvələri ilə müxalifət arasında qarşıdurma gedir. İnsan haqları fəalları bu müddətdə 40 mindən çox adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG