-
«Bu il keçirilən Paralimpiya Oyunları əlilliyi olan şəxslərin yüksəlmək və ruhlandırmaq üçün böyük potensiallarının olduğunu xatırlatdı. Bir qız paralimpiya çempionuna yazmışdı: «Həyatdakı çətinliklərin öhdəsindən necə gəldiyinizi, idmanda yeni qələbələr və uğurlar qazandığınızı görmək mənə güc və ilham verir».
Bunu BMT Baş Katibi Ban Ki-moon 3 dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə bağlı müraciətində yazır:
«Əlilliyi olan şəxslərin cəmiyyətə xüsusi müsbət təsirləri var və onların iştirakına əngəl törədən maneələri aradan qaldırsaq, verdikləri töhfələr daha böyük olar. Bu gün dünyada bir milyarddan çox əlilliyi olan şəxs yaşayır və bu o deməkdir ki, indi bu məsələ hər zamankından daha çox önəm daşıyır».
«Bizim çağırışımız odur ki, bütün insanlar istədikləri və layiq olduqlarına eyni dərəcədə sahib olmaq hüququ ilə təmin olunsunlar. Nəticədə hər kəs üçün daha yaxşı bir dünya qurulacaq».
Ban Ki-moon vurğulayır ki, əlilliyi olan şəxslərlə bağlı ayrı-seçkilik və təcrid halları aradan qaldırmalı, müxtəliflik və birliyi dəyərləndirən cəmiyyətlər yaradılmalıdır.