Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

Sloveniyada prezident seçkisi keçirilir


Foto arxiv
Foto arxiv
Sloveniyada prezident seçkisinin ikinci mərhələsi keçirilir.

Mübarizə indiki prezident Danilo Turk və keçmiş baş nazir Borut Pahor arasında gedir.
Onların ikisi də solçu qüvvələri təmsil edir.

Pahor büdcə xərclərinin ixtisarı ilə bağlı iqtisadi tədbirləri dəstəkləyir.
Turk isə əksinə, qəti şəkildə buna qarşı çıxır.

Son rəy sorusuna görə Pahorun qələbəyə şansı daha çoxdur.

Dünən paytaxt Lyublyanada polislə toqquşmada 15 nümayişçi xəsarət alıb.
Aksiyaçılar büdcə xərclərinin ixtisarı və yuxarı dairələrdə korrupsiyaya qarşı çıxırlar.
XS
SM
MD
LG