Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:17

Sloveniyada polislə nümayişçilər toqquşub


Cümə günü axşam Sloveniyanın paytaxtı Lyublyanada polislə nümayişçilər arasında baş vermiş toqquşmada 26 nəfər yaralanıb, 30 nəfər saxlanıb.

Hökumətə qarşı başlayan dinc nümayiş sonradan hərc-mərcliyə dönüb, aksiyaçılar polisi daşa basıb.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bu günlərdə Maribor şəhərində də hərc-mərclik yaranıb.

Digər şəhərlərdə isə aksiyalar dinc ötüşüb.

Nümayişçilər büdcə xərclərinin ixtisarıyla bağlı hökumətin planı və hakimiyyətin yuxarı dairələrində korrupsiyaya qarşı etiraz bildiriblər.

Avrozonaya daxil olan Sloveniya hazırda çətin iqtisadi dövrünü yaşayır.
Bu gün ölkədə prezident seçkisinin ikinci mərhələsi keçirilir.
XS
SM
MD
LG