Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:32

20 milyardlıq büdcədə müəllimə düşəcək 12 manatlıq pay


Foto: Arxiv
Foto: Arxiv
-
«12 manata bir kiloqram şəkər tozu, bir kiloqram düyü və bir kiloqram da ət almaq olar, başqa heç nə».

10 faizlik artımdan sonra ədəbiyyat müəllimi Lalə Quliyevanın maaşı cəmi 12 manat 80 qəpik çoxalacaq. İndi Lalə Quliyeva 128 manat alır.

2013-cü ilin 20 milyarda yaxın dövlət büdcəsini noyabrın 30-da parlament səs çoxluğu ilə qəbul etdi. Parlamentin sədri gələn ilki büdcəni Azərbaycan tarixində ən böyük büdcə adlandırdı.

«Maaşım aylıq yemək xərclərimi də ödəmir» – deyən Qabil Aslanovun fikrincə, ölkədə büdcənin böyüklüyü müəllimin, həkimin maaşının yüksəkliyi ilə ölçülsəydi, daha yaxşı olardı. O, Saatlı rayonunun Qara Nuru kənd məktəbinin müəllimidir.

«MAAŞLAR BİRDƏN-BİRƏ ARTIRILSA, İNFLYASİYA KƏLLƏ-ÇARXA ÇIXAR»

Gələn ilin büdcəsinə «hə» deyən deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı əməkhaqqının yüksək artımının inflyasiya doğuracağına inanır və bu üzdən 10 faizlik artımı yetərli sayır:

«Artım olub və elə etmək lazım deyil ki, inflyasiya yaransın. Ölkə prezidentinin siyasəti və bizim büdcəmizin fəlsəfəsi sosial yönümlüdür. Demək, müəllimlərin, həkimlərin maaşı mərhələ-mərhələ artırılacaq. Maaşlar birdən-birə artırılsa, inflyasiya kəllə-çarxa çıxar».

Maaş artımını inflyasiya baxımından qorxulu sayan deputat siyasi partiyalara ayrılan 2.5 milyon manatdan partiyasına 100 min manat düşməsindən
Fazil Mustafa
Fazil Mustafa
gileylənir:

«60 rayon təşkilatı olan partiyamız üçün bu məbləğ çox azdır».

HÖKUMƏTİN İNFLYASİYA BƏHANƏSİ

Maaş artımının inflyasiya yaratmasını deputat Fazil Mustafa qəbul etmir və bunu normal iqtisadi siyasət yürüdə bilməyən hökumətin bəhanəsi sayır:

«...Müəllimin aldığı 150 manat maaşla bazarın müqayisəsini aparsan, baxıb görərsən ki, o, yaşaya bilmir. Repetitor fəaliyyəti və əlavə fiziki iş görməklə yaşayışını sürdürməyə çalışır. İnflyasiya barədə deyilənlər hamısı bəhanədir. Sağlam iqtisadi mühit yaratmaq lazımdır, inhisarçılıq aradan qaldırılmalıdır. Sağlam iqtisadi rəqabət olmalıdır. Onda aydın olar ki, az maaş olsa belə, adamlar normal yaşaya bilər. İndiki qapalı iqtisadi modellə yaşamaq çox çətindir».

Nazim Məmmədov
Nazim Məmmədov
Milli Məclis sədrinin müavini Bahar Muradova qohum-əqrəbası arasındakı müəllim və həkimlərin maaş artımı ilə bağlı onu tez-tez sorğu-suala tutduğunu söyləyir:
«Mən siyasətçiyəm, onlara verdiyim cavablar elə olur ki, ümidlərini bir az da artırır».

İqtisadçı Nazim Məmmədov büdcəsi neft pullarından asılı olan ölkədə ciddi maaş artımını mümkünsüz hesab edir:

«Təhsil sistemində çalışan 300 min nəfərin maaşının 50-60 faiz artırılması ciddi rəqəmdir və hökumətin bunu etməsinə qaynaq yoxdur».

İqtisadçı Gürcüstanı misal gətirərək deyir ki, bu ölkənin büdcə gəlirin 93 faizi vergidən formalaşır, ancaq Azərbaycanda neftdən kənar sektordan əldə olunan vergi yığımları 3 milyardı keçmir. İqtisadçı bu baxımdan da hesab edir ki, hökumət maaşları yüksək həddə çatdırmaqla 20 milyardlıq büdcəni və olub-qalan neft pullarını tam xərcləmiş olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG