Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:41

Nazir Lefort-u qəbul edib


-
Noyabrın 29-da Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Philippe Lefort-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin açıqlamasında deyilir ki, E.Məmmədyarov Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib.

Görüşdə regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparıldığı, regional əhəmiyyətli enerji layihələrindən bəhs olunduğu, həmçinin Azərbaycanın Avropa üçün əhəmiyyəti vurğulandığı da bildirilir.

Məlumata görə, nazir Dağlıq Qarabağ münaqişəsiylə bağlı bildirib ki, Ermənistan ATƏT-in Minsk Qrupunun təkliflərini qəbul edirsə, Böyük Sülh Sazişini imzalamağa razılaşmalıdır.

P.Lefort-un isə davamlı sülhün əldə olunması üçün iki icma arasında təmasların həyata keçirilməsinin vacibliyindən danışdığı bildirilir.
XS
SM
MD
LG