-
Arizonada və Missuridə satılan iki biletin altı nömrəsi lotereyada çıxan daşlarla uyğun gəlib.
Cek-potun məbləği 580 milyon dollar olub.
Bu uduşa qədər lotereya alanlar cek-potu udmaq üçün 16 uğursuz cəhd ediblər.
Məlumatlara görə, lotereya keçirilən saata qədər orta hesabla dəqiqədə 130 min bilet satılıb. Bu isə o deməkdir ki, oyunçular bir saat ərzində yüksək məbləğli cek-potu qazanmaq üçün 15,6 milyon dollar pul xərcləyiblər.
Ən böyük cek-pot mart ayında udulub. Onun məbləği 656 milyon dollar olub. Uduş üç qalibin arasında bölünüb.
580 milyonu udanların kimliyi barədə isə məlumat verilmir.