Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:27

Həbsdə olan jurnalist Hilal Məmmədovun istintaqı yekunlaşıb


Hilal Məmmədov
Həbsdə olan “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi ilə bağlı istintaq yekunlaşıb.

Onun vəkili Xalid Bağırov sabahdan cinayət materialları ilə tanış olacaq.

Bu barədə APA agentliyi xəbər verir.

Hilal Məmmədov dövlətə xəyanət, milli, irqi, sosial və dini düşmənçilik salma, qanunsuz narkotik vasitələr saxlama və satmaqda ittiham olunur.

Baş redaktor ittihamları rədd edir.

Hilal Məmmədov iyunun 21-də saxlanıb.
Nizami Rayon Məhkəməsi İyunun 22-də onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib.
XS
SM
MD
LG