Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

BMT-də Suriyadakı insan hüquqları pozuntuları müzakirə edilib


BMT-nin İnsan Haqları üzrə Baş Assambleyası Suriyada insan haqlarının mütəmadi pozulmasını müzakirə edib. Daha çox Bashar Assadin nəzarətində olan Shabiha hərbi qruplaşmasının törətdiklərindən danışılıb.

Komitənin qəbul etdiyi qətnamədə deyilir ki, hökumət qoşunları əhaliyə qarşı əməliyyat keçirir, həmin əməliyyatlarda hərbi təyyarələrdən istifadə olunur, məhkəməsiz adamlar öldürülür, dinc nümayişçilərə və jurnalistlərə atəş açılır.

Komitə Suriya hakimiyyətini dinc sakinlərə qarşı hücumları dərhal dayandırmağı, insan hüquqları pozuntularına son qoymağı tələb edib.

Qətnamə təsdiq olunmaq üçün BMT-nin Baş Assambleyasına göndərilib.
XS
SM
MD
LG