Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

İlham Əliyev ən nüfuzlu müsəlmanlar siyahısında


Leyla Aliyeva, Ilham Aliyev, Mehriban Aliyeva
Leyla Aliyeva, Ilham Aliyev, Mehriban Aliyeva
Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ildə Dünyann ən nüfuzlu 500 müsəlmanından biri seçilib. İordaniya paytaxtı Ammandakı Kral İslami Araşdırmalar Mərkəzinin hazırladıı 500 nəfərlik nüfuzlu müsəlmanlar arasında İslam alimləri, siyasətçiləri, hətta Taliban və başqa radikal təşkilatların da funksionerlərinin adları yer alır.

Reytinq müəllifləri 500 nəfər arasından da TOP50 seçiblər. Ən yaxşı 50 arasındakı ilk 5-likdə isə 2 Kral, 1 Baş nazir və 1 üləma var.

Dünyanın ən nüfuzlu müsəlmanı isə Səudiyyə Ərəbistanının Kralı Abdullah bin ‘Abd Al ‘Aziz Al-Sauddur.

2-ci sırada Türkiyənin Baş naziri Regeb Tayyib Erdogandır.

Mərakeş Kralı VI Mohammed siyahıda 3-cü yerdə,
Müsəlman Qardaşlığı təşkilatının Ali rəhbəri Dr. Mohammed Badie 4,
Qatar Əmiri Şeyx Hamad Bin Khalifa Al-Thani isə 5-ci sırada yerləşdirilib.

İlk 10-luğu Fetullah Gulen qapayır.

Siyahıda ilk 50 arasında olmasa da, Azərbaycan Prezidenti İlham Əliyevin də adı var. Reytinq müəllifləri yazırlar ki, İlham Əliyev dindar olmasa da, əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycanda mülayim İslami dəyərləri təbliğ edir və ölkəsi də İslam Konfransı Təşkilatında fəallığı ilə seçilir.

Dünyanın 500 Ən nüfuzlu müsəlmanı siyahısı 2009-cu ildən bri dərc edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG