Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin apellyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.
Xəbəri AzadlıqRadiosuna Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli verib.
Apelyasiya şikayəti V. İsgəndərlinin ittiham olunduğu maddələrdən biri olan 132-ci (döymə) maddəsi ilə bağlı olub. Bu maddə ilə ona 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sonradan Milli Məclisin qərarı ilə həmin maddə üzrə azadlıqdan məhrum etmə cəzasının verilməsi ləğv olunub. Bundan sonra Qaradağ Rayon Məhkəməsi V. İsgəndərlinin cəzasını 2 ay azaldıb. Həmin qərardan isə apellyasiya şikayəti verilib. Apellyasiya şikayətində 4 ayın ləğv olunması tələb olunub. Ancaq Apelyasiya Məhkəməsi Qaradağ rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vidadi İsgəndərli Göyçay rayon Məhkəməsinin hökmü 3 il ə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) ilə ittiham olunub.