Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Prezident TANAP layihəsi ilə bağlı qanunu imzalayıb


İlham Əliyev
İlham Əliyev
-

Prezident İlham Əliyev «Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair» sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Azərbaycan Milli Məclisi noyabrın 20-də keçirilən iclasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı iki sazişi təsdiqləyib.

TANAP layihəsi üzrə saziş iyunun 26-da İstanbulda imzalanıb. TANAP qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək.

5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq.

2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.

Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin «BOTAŞ» və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir.
XS
SM
MD
LG