Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

AB Komissarı TANAP sazişinin ratifikasiyasını alqışlayır


Gunther Oettinger
Gunther Oettinger
-
Avropa Birliyinin Enerji Komissarı Gunther Oettinger Azərbaycan parlamentinin TANAP sazişini ratifikasiya etməsini alqışlayır: “TANAP sazişini ratifikasiya qərarı Azərbaycanın öz qazını Avropaya çatdırmaqda qətiyyətli olduğunu göstərir. Bu kəmər qazın Avropa sərhədinə çatması, daha sonra Avropa Birliyində sərbəst dövr etməsi deməkdir. Azərbaycanı, xüsusilə də ARDNŞ-ı Avropa Birliyinin enerji bazarında salamlamaqdan məmnunuq”.
TANAP qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. TANAP Türkiyənin və Avropa Birliyinin enerji təchizatının təhlükəsizliyinə töhfəsini verəcək.
XS
SM
MD
LG