Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:52

İnternet fenomenləri: Obamanın stulu


"Obamachair"
"Obamachair"
-

Məşhur aktyorun siyasi çıxışı Youtube-da parodiya rolikləri dalğası doğurdu...


Onu nəinki Amerikada, hətta dünyada tanımayan az tapılar - məşhur aktyor Clint Eastwood bu ilki seçkidə respublikaçıların prezidentliyə namizədi Mitt Romney-ni dəstəklədi.

Dəstəklədi nədi?..

Hollivudun tarixi filmlərinin ən məşhur siması, "tapançalı sarışın" respublikaçıların qurultayına gəlib Romney-nin rəqibi demokrat Barak Obamanı "güllə yağışı"na tutdu.

O, tribunanın yanına qoyduğu boş stulda "əyləşən" Obamaya çətin suallar verdi.

Onunla yaxşıca məzələndi.



"STULUN CAVABI"

Bəlkə də qurultay əhli üçün bu çox gülməli idi, amma bir çox başqaları üçün yox.

"Stul məsələsi" Youtube-da parodiyalar dalğası doğurdu.

Məsələn, aşağıdakı videoda "Obamanın stulu" aktyorun ittihamlarına "cavab verir". Deyir ki, qurultay zamanı onun mikrofonu açıq olmayıb, ona görə cavabları eşidilməyib. Parodiya rolikini hazırlayanlar aktyorun çıxışının videogörüntüsünə "stulun reaksiyası"nı da əlavə ediblər.

Məsələn, 82 yaşlı aktyor xəyali Obamadan 4 il qabaq verdiyi vədlərin axırının necə olduğunu soruşur, amma "handle" (həll etmək, öhdəsindən gəlmək) sözünü dəfələrlə təkrar edir, sual uzanır və stul da "handle" sözündən istifadə edərək "replika atır" ki, deyəsən, sən heç bir sual verməyin öhdəsindən də gələ bilmirsən...



"SARIŞIN"IN TƏLƏBİ

Bu videonu düzəldənlərsə Eastwood-un oynadığı "The Good, the Bad and the Ugly" (Yaxşı, pis və hirsli) filminin bir epizodundan istifadə ediblər. Stul "tapançalı sarışın"ı əsəbiləşdirir. O, stuldan üzr istəməsini tələb edir. Stul bunu gülüşlə qarşıladığı üçün "deşik-deşik edilir...



Youtube-da "stul söhbətinə" aid başqa parodiyaları da izləmək olar. məsələn,

EASTWOOD VƏ STUL MAHNISI...



"Stul söhbəti" ingilis dilində iki yeni ifadənin yaranması ilə də nəticələndi: "Eastwooding", yəni Eastwood-luq eləmək, barmağını stula tuşlamaq, bir də "Obamachair". Bu, "Obamanın stulu" ifadəsi deməkdir, amma iki sözün bir-birinə "pərçim edilməsi" şəklində. Bu, "Obamacare" ilə səsləşir, rəqibləri prezidentin səhiyyə islahatı planını lağla belə adlandırırlar: Obama və "healthcare" sözlərini "sintez edərək"...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG