Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 05:07

Kabil universitetində 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

Kabil universitetində şiələrlə sünnilər arasında baş vermiş toqquşmada 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Məlumatlara görə sünnilər şiələrin məsçiddə Aşura bayramını qeyd etməsinə mane olub və bundan sonra dava düşüb.

Əfqanıstanın Ali Təhsil Nazirliyi insidentdən sonra ölkədəki bütün universitetləri 10 günlük bağlayıb.

Şiələr Aşura günü Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin qətlini yad edirlər.
This item is part of
XS
SM
MD
LG