Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:41

Misirdə məhkəmə işçiləri tətil elan edib


Misirin İskəndəriyyə şəhərində məhkəmə işçiləri tətilə çıxıb.

Buna səbəb prezident Mohammad Morsinin səlahiyyətlərini genişləndirməsidir.

Onlar bildirib ki, fərman ləğv edilməyincə tətil davam edəcək.

Yeni fərmana görə məhkəmə orqanları indən belə milli məclisi buraxa və ya prezidentin fərmanlarına nəzarət edə bilməz.

Həmçinin buna etiraz olaraq ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirilib, polislə toqquşmalar olub.

Bundan başqa Morsinin bir neçə müşaviri buna etiraz olaraq istefa verib.

Qeyd edək ki, prezident Mohammad Morsi Müsəlman qardaşları hərəkatını təmsil edib və onlar parlamentdə çoxluq təşkil edirlər.

İslahatçılar Morsini diktatorluqda və keçmiş rejimin devrilməsi ilə nəticələnən inqilaba hörmətsizlikdə günahlandırırlar.
XS
SM
MD
LG