Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:17

AŞPA həmməruzəçisi J.D. Grech Azərbaycana tək gələcək


-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Joseph Debono Grech Azərbaycana gəlir.

APA-nın AŞPA mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, J.D. Grech Azərbaycana tək gələcək. Səfər noyabrın 26-28-də gerçəkləşəcək.

Həmməruzəçi səfər zamanı Azərbaycan prezidenti, Milli Məclisin sədri, xarici işlər, daxili işlər, ədliyyə nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və QHT nümayəndələri ilə görüşlər keçirəcək.

Səfərdə məqsəd Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir.

AŞPA-nın 2013-cü il yanvarın 21-25-də keçiriləcək qış sessiyasında Azərbaycanla bağlı hesabat təqdim olunacaq.
XS
SM
MD
LG