Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 07:50
-

Bu tədris ilindən orta məktəblərin məzunları üçün buraxılış imtahanları ölkənin bütün regionlarında keçiriləcək. Trend-in məlumatına görə, bunu noyabrın 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.
Onun sözlərinə görə, bölgələrdə keçirilən imtahanların coğrafiyası genişləndirilir.
“Bu il TQDK-nın regional bölmələri olan bütün bölgələrdə buraxılış imtahanları keçiriləcək. Bu il yeni regional bölmələrin yaradıldığı Ağcabədi, Şirvan və Göyçayda da qəbul imtahanları keçiriləcək. Buraxılış imtahanları isə ümumiyyətlə, ölkənin bütün bölgələrində aparılacaq”, - Abbaszadə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG