Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

H.Əliyev: «Mən naxçıvanlıların təzyiqinin qarşısında dura bilməzdim»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 1 sentyabr 2012. sayı: 165 (20.570)


SƏDƏRƏKDƏ SAHƏLƏRİN ŞUMLANMASINA BAŞLANILMIŞDIR

Sərhəd bölgəsi Sədərək rayonunda torpaq və iqlim şəraiti əkinçiliyin müxtəlif sahələrini inkişaf etdirməyə imkan verir. Mövcud imkanlardan, yaradılmış şəraitdən səmərəli istifadə olunması taxılçılıqda qazanılan uğurları ilbəil artırır. Bu cəhətdən cari ildə əldə olunan göstəricilər də yüksəkdir. Belə ki, ötən ilin payızında və cari ilin yazında 2125 hektar sahədə taxıl əkilmişdir. Bunun 1715 hektarını payızlıq, 410 hektarını isə yazlıq əkin təşkil etmişdir. Əvvəlki illə müqayisədə taxıl əkini sahələri 50 hektar artıq olmuşdur. Yüksək keyfiyyətli məhsul götürülməsi məqsədilə taxıl istehsalçılarına 85 min manat dövlət yardımı göstərilmiş və 220 ton pulsuz mineral gübrə verilmişdir. Həyata keçirilən aqrotexniki tədbirlər öz töhfəsini vermiş, sahələrdən 6120 ton taxıl götürülmüşdür. Bu da əvvəlki illə müqayisədə
15 ton çoxdur.

Torpaq mülkiyyətçiləri, taxılçılıqla məşğul olan sahibkarlar yenə də sahədədirlər. Onlar 2013-cü ilin bol məhsulunun əsasını qoymaq üçün şum qaldırılmasına başlamışlar.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV:

«Mənim razılığım olmadan, mən bunu qətiyyətlə deyirəm və bunu hamı bilməlidir, məni Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçdilər. Sədr seçiləndən sonra da mən sədrlik etməkdən imtina etdim. Ancaq bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Sessiya keçirilərkən binanın qarşısına minlərlə Naxçıvan əhalisi kənardan sessiyaya təsir göstərir və tələb edirdilər ki, Heydər Əliyev seçilsin. Onların təzyiqinin qarşısında dura bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm».

«1990-1991-ci illərdə müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində Naxçıvan Muxtar Respublikası öz xidmətlərini göstərdi».

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Şərur Rayon İcra Hakimiyyətində müşavirə
- Türkiyə universiteti ilə tərəfdaşlığa doğru yeni addım
- Naxçıvandan başlanan xilaskarlıq yolu
XS
SM
MD
LG