Keçid linkləri

2026, 23 Aprel, cümə axşamı, Bakı vaxtı 02:59

Beynəlxalq aləm Yaxın Şərqdə atəşkəsi alqışlayır

BMT və Avropa Birliyi İsraillə Həmas arasında atəşkəs əldə olunmasını alqışlayırlar.

Atəşkəs ABŞ və Misirin vasitəçiliyi ilə əldə olunub.

Həmçinin Çin və Rusiya atəşkəsi alqışlayıblar.

BMT-nin baş katibi Ban Kİ Moon tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

1 həftədir ki, Qəzzə bölməsində İsrail ordusu ilə Həmas arasında gedən savaşda 160 fələstinli və 5 israilli ölüb, yüzlərlə adam yaralanıb.

İsrailin müdafiə naziri Ehude Barak bütün hərbi tapşırıqların yerinə yetirildiyini deyir.

Həmasın lideri Khaled Meshaal isə atəşkəsin İsrail üçün taktiki məğlubiyyət olduğunu deyir.
This item is part of
XS
SM
MD
LG