Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:54

Bəzi Rusiya QHT-ləri “xarici nümayəndə” kimi qeydiyyatdan keçmək istəmirlər


Rusiyada ondan çox QHT onların fəaliyyətini məhdudlaşdıran yeni qanunvericiliyə etiraz edib. Bu ilin əvvəlində qanuna edilən dəyişikliyə görə, xaricdən qrant alan bütün QHT-lər noyabrın 21-dək "xarici nümayəndəlik" kimi qeydiyyatdan keçməlidirlər.

Noyabrın 21-də naməlum şəxslər İnsan Hüquqları Xatirə Mərkəzinin Moskvadakı binasının qarşısında "Xarici nümayəndəlik. Mən ABŞ-ı sevirəm" sözlərini rəngləyib.

Mərkəzin rəhbəri Oleg Orlov jurnalistlərə bildirib ki, bir çox təşkilat bu qanunun əleyhinədir və onu boykot edirlər. Onun fikrincə, bu qanunun arxasında xarici ölkələrdən qrant alanların casus kimi təqdim edilməsi durur.

Qanunu boykot edənlər arasında Moskva Helsinki Qrup, "Qolos", Hüquq Müdafiəsi Hərəkatı və digərləri var.
XS
SM
MD
LG