Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 13:19

ABŞ səfiri partiya liderləri ilə görüşüb


Noyabrın 21-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar 8 partiya lideri ilə görüşüb. Görüşdə, AXCP, Müsavat, Ümid kimi partiyaların sədrləri iştirak edib. Bu haqda AzadlıqRadiosuna Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə məlumat verib. O, görüşün səfirin təşəbbüsü ilə keçirildiyini bildirib. Ancaq İqbal Ağazadə görüşdə hansı məsələlərin müzakirə olunduğunu deməyib.

Morningstar səfir kimi Azərbaycanda bir neçə aydır fəaliyyət göstərir. Buna qədər o müxalifət partiyalarının liderləri ilə daha iki görüş keçirib.
XS
SM
MD
LG