Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 19:01

Kasab edam edildi


2008-ci ildə Hindistanın Mumbai şəhərində partlayışlar törətmiş 10 nəfərdən biri - Muhammed İcmal Amir Kasab dünən asılaraq edam edilib.

Pakistan vətəndaşı olan Kasab Hindistan prezidenti Pranab Mukherjeedən əfv olunması üçün müraciət etmişdi. Bu ayın əvvəlində onun müraciəti rədd edilmişdi.

Hindistanın daxili işlər naziri Kasabın dünən səhər Pine həbsxanasında edam edildiyini bildirib.

2008-ci il noyabrın 26-da Mumbaidə qatar stansiyası, lüks otellər və Yəhudi Mədəniyyət Mərkəzində törədilən partlayışlarda 170-dən artıq adam ölmüşdü. Onlardan 9 terrorçu idi. Kasab 52 adamın ölümünə səbəb olan qatar stansiyasında partlayış törətməkdə ittiham olunurdu.

Kasab 2010-cu ildə həbs olunmuşdu. Avqust ayında Ali Məhkəmə onun haqqında edam cəzası çıxarmışdı.
XS
SM
MD
LG