ABŞ prezidenti Barack Obama Myanmaya gedib. Səfərin məqsədi bu ölkədəki islahatlara dəstək verməkdir.
Rangoon şəhərinə gedən Obama burada 6 saat qalacaq. Prezident Thein Sein və müxalifət lideri Aung San Suu Kyi ilə görüşəcək.
Obama səfərindən əvvəl bildirmişdi ki, Myanma islahatları davam etdirməli, daha çox tərəqqiyə imza atmalıdır.
Obama Rangoon Universitetinə də baş çəkəcək.
Barack Obama Myanmaya səfər edən ilk ABŞ prezidentidir.
Hüquq müdafiə təşkilatları Myanmada yüzlərlə siyasi məhbusun azad edilməsinə baxmayaraq, 300-ə yaxın siyasi məhbusun hələ də həbsdə olduğunu bildirir.