-
SƏRHƏD BÖLGƏSİNDƏ YENİ QURUCULUQ ÜNVANLARI
Bu ilin iyun ayından Sədərək rayonunun Sədərək kəndində kənd mərkəzi üçün binanın inşasına başlanılıb. Hazırda binanın bünövrəsində betonlama, qəlibqurma işləri aparılır. «Gəmiqaya» Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisi həyata keçirilən, 2 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində kitabxana, arxiv, polis sahə, baytarlıq məntəqələri, poçt, ATS fəaliyyət göstərəcək. İkinci mərtəbə isə icra nümayəndəliyi, YAP ərazi ilk təşkilatı, bələdiyyə və klub üçün nəzərdə tutulub.
Adıçəkilən tikinti təşkilatı bu obyektin yaxınlığında yerləşən 60 yerlik uşaq bağçasının binasında yenidənqurma işləri aparılır. Layihəyə əsasən, bağça 2 yataq otağı, 2 oyun zalı, yeməkxana və iş otaqlarından ibarət olmaqla müasir dizaynla yeni tədris ilində fəaliyyətə başlayacaq. Həyətyanı sahədə abadlıq işləri aparılacaq, əyləncə qurğuları istifadəyə veriləcək.
ESTRADA ORKESTRİNİN KONSERTİ GÖZLƏNİLİR
Muxtar respublikamızda musiqi dünyasına yenicə vəsiqə alan bir orkestr var – Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri. Orkestr Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 10 yanvar tarixində imzaladığı Sərəncama əsasən yaranıb. Hələ çox gənc olmasına baxmayaraq, naxçıvanlı estradasevərlərin böyük rəğbətini qazanıb. Artıq orkestri muxtar respublikamızda təşkil olunan əksər konsert proqramlarında görmək olar. Bu yaxınlarda keçirilən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konsertində də kollektiv uğurla çıxış etdi. Orkestrin bu kiçik zaman kəsiyində qazandığı uğur bizim də diqqətimizi çəkdi. Buna görə də orkestr haqqında oxucularımıza daha ətraflı məlumat verməyi lazım bildik. Bunun üçün Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevlə görüşüb həmsöhbət olduq:
- Muxtar respublikamızda estrada janrı dinləyicilər tərəfindən hər zaman sevilən janr olmuşdur. Bu janr naxçıvanlı ifaçıların repertuarında özünəməxsus yer tutmuş, burada uzun müddət kiçik estrada kollektivləri fəaliyyət göstərmişdir. Lakin belə kollektivlərin uzunömürlü olmaması, bəzən isə onların bazasındakı musiqi alətlərinin azlığı, üstəlik, muxtar respublikamızda təşkil edilən çoxsaylı konsertlər və tədbirlər daha professional bir estrada kollektivinin formalaşdırılması zərurətini yaratdı... Orkestrin kollektivi muxtar respublikamızda caz musiqisinin sevilməsi və inkişafı üçün də əlindən gələni edir. Ümid edirik ki, caz musiqisinin sevilməsi də tezliklə naxçıvanlı estradasevərlərin xüsusi maraq dairəsinə daxil olacaq və onlar orkestrin ifasında caz musiqilərindən xüsusi zövq alacaqlar.
- Hüquqi maarifləndirmə günün tələbidir
- Əmək yarmarkasında 50 nəfərə işə göndəriş verilib
- Əmanətlərin qaytarılması işi sürətlə aparılır
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!
«Şərq Qapısı». 19 iyul 2012. sayı: 134 (20.539)

DİGƏR MƏQALƏ BAŞLIQLARI: