Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Pirat partiyası Moskvada mitinq keçirib


Moskvanın “İnqilab” meydanında internetdə senzuraya etiraz olaraq mitinq keçirilib.

Hələlik qeydiyyata alınmamış “Rusiya Pirat Partiyası”nın təşkil etdiyi aksiyada 50-dək adam iştirak edib.

Onlar internetdə uşaqların zərərli materiallardan qorunmasına yönəlmiş yeni qanuna etiraz bildiriblər.

Partiyanın lideri Pavel Rassudov Moskva radiosuna bildirib ki, onların mövqeini digər ölkələrdəki “Pirat” partiyalar və Avropa Parlamenti də dəstəkləyir.
XS
SM
MD
LG