Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:14

Günəş enerjisi ilə çalışan maşınların yarışı başlayıb


Çilidə Atakama səhrasında günəş enerjisi ilə işləyən maşınların yarışı başlayıb.

Noyabrın 15-də başlayan yarış ikinci ildir ki, keçirilir. 4 gün davam edəcək yarışa Argentina, Çili, Venesuela və Hindistandan 15 maşın qatılıb.

Günəş batareyaları ilə yanaşı həm də velosiped kimi ayaq pedalları ilə hərəkətə gətirilən maşınlar 1 300 kilometr məsafəyə yürüş edirlər. Onlar səfərləri zamanı bəzən sürəti saatda 120 kilometrə də çatdıra bilirlər.

Yarışın təşkilatçıları bununla əsasən qənaətcil avtomobillərə diqqət çəkmək istədiklərini deyirlər.
XS
SM
MD
LG