Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:59

Qəzzada yaranan böhrana görə Misirin baş naziri ora gedib


Misirin baş naziri Hesham Kandil İsraillə Fələstin arasında başlanan döyüşlərə görə Qəzza bölgəsinə gəlib.

İsrail bildirib ki, onun səfərinə görə Həmasa qarşı keçirdiyi hərbi əməliyyatları dayandıra bilər.

İsrail hökuməti deyir ki, onlar əməliyyatı dayandırmaqlarına baxmayaraq yaraqlılar Yəhudi ərazisinə raket hücumlarını dayandırmayıblar.

Fələstin mənbələri isə bildirirlər ki, İsrailin hücumları davam edir.

İsrail hərbi təyyarələri gecə yarısı Qəzza bölgəsində bəzi hədəflərə hava zərbələri endiriblər.
İsrail ehtiyatda olan 16 min zabitini geri çağırmağa başlayıb.

Arasında uşaqlar da olan 18 fələstinlinin öldüyü bildirilir. Üçüncü günü atılan raketlərin nəticəsində 3 israilli də ölüb.
XS
SM
MD
LG