Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 05:57
BP şirkəti 2010-cu ildə Meksika görfəzindəki Deep Horizon platformasında baş vermiş qəzaya görə tarixdə ilk dəfə olaraq Birləşmiş Ştatlara böyük cərimə ödəyəcək.

Şirkətin bəyanatında 6 il ərzində Birləşmiş Ştatlara 4,5 milyard dollar cərimə ödəniləcəyi bildirilir.

Şirkət platformanın istismarı zamanı baş vermiş pozuntuya görə, cavabdehliyi üzərinə götürüb.

Qəza nəticəsində 11 işçi həlak olub, dənizə milyon barellərlə neft axıb və bu böyük ekoloji fəlakətə səbəb olub.

Bundan başqa ABŞ Konqresinə yalnış məlumat verilib.
Cəriməyə görə şirkət bu işlə bağlı indən belə məsuliyyətə cəlb olunmayacaq.
XS
SM
MD
LG