Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

Tel-Əviv ətrafına raket düşüb


Qəzzə bölməsindən buraxılan raket İsrailin Rişon Le Zion şəhərinə düşüb.

Bu şəhər paytaxt Tel-Əvivin ətrafında, Qəzzə bölməsinin 50 kilometrliyində yerləşir.
İsrail ordusu itki olmadığını xəbər verir.

Fələstin yaraqlıları son gün ərzində İsrail ərazisinə 200-dən çox raket atıb.

Bundan əvvəl İsrailin cənubunda 4 adam ölüb.
İsrail hərbi hava qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində isə azə 16 fələstinli ölüb, 100-dən çoxu isə yaralanıb.

Çərşənbə günü İsrailin hava zərbəsi nəticəsində Qəzzədə Həmas qrupunun hərbi liderlərindən biri Ahmed al Jabarinin ölümündən sonra vəziyyət daha da gərginləşib.
İsrailin baş naziri Benjamin Netanyaho bildirib ki, Həmas uşaqlardan canlı sədd kimi istifadə edir.

O qeyd edib ki, İsrail özünü qorumaq və dinc sakinlər arasında itkilərdən qaçmaq üçün bütün mümkün imkanlara əl atacaq.
XS
SM
MD
LG