Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 19:31

AŞPA sədri Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jean-Claude Mignon noyabrın 13-də Monitorinq Komitəsinin yığıncağı ilə əlaqədar Parisdə səfərdə olan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

«AzərTac» agentliyinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Jean-Claude Mignon rəhbərlik etdiyi təşkilatın münaqişənin sülh yolu ilə tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib, ATƏT-in Minsk qrupunun bu istiqamətdə apardığı səyləri dəstəklədiyini və AŞPA-nın qrupa hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib.

AŞPA sədri və nümayəndə heyətlərinin rəhbərləri münaqişənin həlli istiqamətində belə görüşlərin mühüm rolunu vurğulayıblar.
This item is part of
XS
SM
MD
LG