Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:02

Belaruslu redaktor ölkəsinə qayıtmaq istəmir


Belarusdakı müstəqil ARCHE jurnalının Baş redaktoru təhlükəsizliyindən qorxduğunu əsas gətirib ölkəyə qayıtmayacağını deyir. Valer Bulhakau deyir ki, dövlət televiziyasında onun İkinci Dünya müharibəsi haqda yazdığı kitabın “ekstremist” olması haqda verilişlər yayımlanıb, maliyyə polisi isə onu “qanunsuz biznes fəaliyyətinə” görə artıq bir dəfə cərimələyib deyə indi siyasi motivli həbsi üçün zəmin hazırlandığını düşünür.

Ötən həftə müxalifət fəallarından Alyaksandr Atrashchankau da Polşadan ölkəsinə qayıtmaqdan imtina eləmişdi.
XS
SM
MD
LG