Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:48

CİA direktoru Petraeus yazar qadınla əlaqələrinə görə istefa verib?


David Petraeus və Paula Broadwell
David Petraeus və Paula Broadwell
-

Amerika mediası yazır ki, CİA-in (Mərkəzi Kəşfiyyat İdarəsi) rəhbəri David H. Petraeus-un karyerasına yazar qadınla əlaqəsi son qoyub.

"Washington Post" iş haqqında məlumatlı olan, amma adının çəkilməsini istəməyən hüquq-mühafizə orqanları əməkdaşlarına istinadla bildirir ki, arvadına xəyanət etdiyini boynuna alaraq istefa vermiş Petraeus-un məşuqəsi onun haqda bioqrafik kitabın müəllifi Paula Broadwell-dir.

Broadwell--in həmmüəllifi olduğu "All In: The Education of General David Petraeus" kitabı bu ilin əvvəlində çapdan çıxıb.

Əvvəllər Amerika qoşunlarına İraq və Əfqanıstanda komandanlıq etmiş və hətta adı prezidentliyə mümkün namizədlərdən biri kimi hallandırılmış Petraeus 37 ildir ailəlidir, iki övladı var. Broadwell də ailəli qadındır, iki uşağı var.

Adı qalmaqalda hallanandan bəri Broadwell məsələyə münasibət bildirməyib.

"Washington Post" onun Petraeus-la əlaqəsinin necə faş olduğu haqda da yazır.

Məqalədə deyilir ki, Broadwell Petraeus-un tanıdığı başqa bir qadına hədələyici e-mail göndərib. Həmin qadın (adı açıqlanmır) elə qorxub ki, FBİ-a (Federal Təhqiqat Bürosuna) üz tutub və onu hədələyənin tapılmasını xahiş edib.

FBİ e-mail-in Broadwell-dən gəldiyini aşkarlayandan sonra onun Petraeus-la da açıq-saçıq məktublaşmalarından xəbər tutub.

İndi həm də o araşdırılır ki, Broadwell-in CİA rəhbəri ilə əlaqələrinə görə dövlət əhəmiyyətli məxfi məlumatlara çıxışı olubmu?

Broadwell-in niyə başqa bir qadına təhdid dolu məktub yazmasına gəlincə, "Washington Post" yazır ki, yazar qadın digər qadını özünün Petraeus-la əlaqələrinə təhlükə görürmüş.

Broadwell-in 40 yaşı var. Hərbi akademiya bitirib. Amerika Ordusunda, eləcə də hərbi sahə ilə bağlı araşdırma mərkəzlərində çalışıb. Bu il polkovnik-leytenant rütbəsində istefaya çıxıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG