Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 23:25

CIA rəhbəri arvadına xəyanət etdiyinə görə istefa verdi


David Petraeus
David Petraeus
-
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri David H.Petraeus nikahdankənar əlaqələrə görə istefa verdiyini açıqlayıb.

Bu barədə «Reuters» məlumat yayıb.

David H.Petraeus-un noyabrın 9-da CIA-nın rəsmi saytında yerləşdirdiyi bəyanatda belə deyilir.

«Dünən günorta Ağ evə gedib prezidentdən şəxsi səbəblərə görə mənim istefamı qəbul etməsini xahiş etdim. 37 illik birgə evlilik həyatından sonra mən həyat yoldaşıma xəyanət etmişəm. Bu davranış bir ər, CIA kimi bir təşkilatın rəhbəri üçün yolverilməzdir. Günün ikinci yarısı prezident mənim istefamı qəbul etdi» –deyə David H. Petraeus-un açıqlamasında bildirilir.

«Reuters»in məlumatına görə, generalın məşuqəsi onun şəxsi bioqrafıdır. Bu, David H.Petraeus-un elektron poçtuna qanunsuz müdaxilə ilə əlaqədar aparılan araşdırma zamanı üzə çıxıb. Məlum olub ki, CIA rəhbərinin şəxsi bioqrafı Paula Broadwell-in onun məxfi yazışmalarına girişi olub. Məktubların araşdırılması zamanı onların arasında münasibətlər də üzə çıxıb».

Prezident Barack Obama istefasını qəbul etdiyi David H.Petraeus-un onilliklər boyu ABŞ-a sədaqətlə xidmət etdiyini deyib. Onu öz nəslinin ən görkəmli hərbi rəhbəri adlandırıb. «David Petraeus bizim ölkəni güclü edib», - deyə Obama bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə yeni direktor vəzifəsinə bu qurumun əməkdaşı 54 yaşlı Michael Morell təyin edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG