-
Mahirə Nurməmmədova «Qaynar xətt»ə mülkiyyət hüquqlarının pozulmasından və ondan borc kimi alınmış pulun özünə qaytarılmasının məhkəmə tərəfindən təmin olunmamasından şikayət edib. O bildirib ki, ata evində yaşayış qeydiyyatında ola-ola anası və qardaşı evi satarkən ona düşən payı mənimsəyiblər. Hələ üstəlik, ailə üzvlərinin nümayəndəsi olan Vilayət Abdullayev həmin ev satılarkən evin sənədlərini qaydasına salmaq üçün ondan rəsmi aldığı 200 min dolları geri qaytarmır.
Mahirə Nurməmmədova:
«Keşlə qəsəbəsi, Tahir Bədəlov küçəsindəki 1 saylı ünvanda anam və qardaşım rəsmi, mən isə uşaqlarımla birlikdə həmin ünvanda faktiki yaşayırdım. Yaşayış qeydiyyatım şəhərdəki evə idi. Anamla qardaşım evi satmaq istəyirdilər. Bunun üçün evin sənədlərini qaydasına salmaq lazım idi. 14 sentyabr 2009-cu il tarixdə anamgilin nümayəndəsi olan Vilayət Abdullayevlə mənim aramda 41 saylı notariat kontorda məndən 200 min ABŞ dolları borc pul almasına dair müqavilə bağlandı. Müqavilədə göstərilirdi ki, o, pulu mənə ən geci 50 günə qaytaracaq. Mənə demişdilər ki, həmin müddətdə Dövlət Reyestr Xidmətindən mülkə dair Çıxarış alıb mülki dərhal satacaqlar və pulu qaytaracaqlar. Ancaq sonra xəbər tutdum ki, evi məndən gizlin satıblar. Nəinki pulumu qaytarmaq fikirləri yoxdur, hətta mənə mülkdən düşən payımı da mənimsəyiblər».
YALNIZ AZƏRBAYCANDA...
Mahirə Nurməmmədovanın vəkili Ramin Rüstəmov deyir ki, bu iş üzrə bir məhkəmə Şirvanda, bir məhkəmə isə Bakıda olub. Eyni məsələyə görə məhkəmənin birində Mahirə Nurməmmədovanın, ikincisində isə qarşı tərəfin maraqları təmin olunub. Yəni, eyni işlə bağlı qətnamə çıxaran iki birinci instansiya məhkəməsinin qətnamələri bir-irinə ziddir.
Ramin Rüstəmov:
«Biz Vilayət Abdullayevin yaşadığı ünvan üzrə Şirvan rayon Məhkəməsində borcun qaytarılmasına dair iddia qaldırdıq. Şirvan rayon Məhkəməsi 12 aprel 2012-ci il tarixdə qətnamə çıxardı ki, 200 min ABŞ dolları Mahirə Nurməmmədovaya qaytarılsın. Bu qətnamədən sonra Vilayət Abdullayev Mahirə Nurməmmədovanın yaşayış qeydiyyatında olduğu ünvan üzrə Yasamal rayon Məhkəməsinə həmin borc müqaviləsinin etibarsız sayılması iddiası ilə müraciət etdi. Məhkəmənin çıxardığı qətnamə dövlət adından çıxan, qanuni qüvvəli bir sənəd olduğu halda Yasamal rayon Məhkəməsi Şirvan rayon Məhkəməsinin qətnaməsini bir kənara atıb işə yenidən baxdı. Halbuki, bir işə birinci instansiya məhkəməsində bir dəfə baxıla bilər. İkinci dəfə həmin instansiya məhkəməsinin qətnaməsindən yalnız apellyasiya şikayəti verilə bilər. Şirvan məhkəməsi qətnamə çıxarır ki, borc pul qaytarılmalıdır, Yasamal məhkəməsi qərar çıxarır ki, qaytarılmamalıdır. Qətnaməsini də belə əsaslandırır ki, notarius məhkəməyə gəlmədiyinə görə işdə kifayət qədər sübut yoxdur. Bu baxımdan, Yasamal rayon Məhkəməsinin çıxardığı qətnamə biabırçılıq idi».
SAXTA MÜQAVİLƏ İMZALANIB Kİ...
Mahirə Nurməmmədovanın anası Fatma Kərimova bildirib ki, onlara məxsus olan mülkü və torpaq sahəsini Vilayət Abdullayev adlı şəxsə satmaq istəyib. Ancaq qızı Mahirə Nurməmmədova onunla pis münasibətdə olduğuna görə torpağı satmasına mane olub. Qızı şərt qoyub ki, torpağın satılmasına o zaman razılıq verər ki, torpağın 3 sotuna görə ona 200 min dollar verilsin. Ona görə də, Mahirə Nurməmmədova ilə Vilayət Abdullayev arasında saxta müqavilə imzalanıb ki, guya, Vilayət Abdullayev Mahirə Nurməmmədovadan 200 min dollar borc alıb. Fatma Kərimova deyib ki, bunu Mahirə Nurməmmədovanı inandırmaq üçün ediblər. Torpaq satılandan sonra Mahirə Nurməmmədova həmin müqaviləni əsas gətirərək onlardan 200 min dollar tələb etməyə başlayıb. Ana qızının tələbini əsassız hesab edir.
Vilayət Abdullayev də Mahirə Nurməmmədovadan 200 min dollar borc aldığını inkar edib və aralarında bağlanmış müqavilənin saxta olduğunu bildirib.
Mahirə Nurməmmədova isə deyir ki, müvəkkilinin hüquqlarının bərpa olunması üçün Avropa İnsan Haqları Məhkəməsinədək getməyə hazırdır.