Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:34

Suriyanın Deraa şəhərində 20 əsgər öldürülüb


Suriyanın Deraa şəhərində törədilmiş 2 partlayışda azı 20 əsgər ölüb.

Suriyalı hüquq müdafiəciləri zabit klubunun yerləşdiyi ərazidə kiçik intervalla 2 partlayış törədildiyini xəbər verirlər.

Məlumatı rəsmi SANA agentliyi də təsdiqləyib.

Hazırda Hələb və İdlib əyalətləri də daxil olmaqla Suriyada hökumət və müxalifət birləşmələri arasında ağır döyüşlər gedir.

Təkcə ötən gün Suriyadan qonşu ölkələrə 11 mindən çox qaçqın gəlib.

BMT-nin məlumatına görə ötən il münaqişə başlayandan bu yana ölkədən təxminən 400 min adam qaçıb.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə kütləvi etiraz və silahlı toqquşmalar gedir.

Bu müddət ərzində 30 mindən çox adamın öldürüldüyü bildirilir.
XS
SM
MD
LG