Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 20:48

Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

-
Noyabrın 9-u saat 14:30 radələrində Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Maştağa dairəsi adlanan yerdə 107 saylı sərnişin avtobusu ilə «VAZ-2107» markalı minik maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan 3 nəfər dünyasını dəyişib. Ölənlərdən ikisi kişi, biri isə qadındır. Avtobusdakı sərnişinlərin arasında da yaralıların olduğu bildirilir.

Qəzanın səbəbləri bilinmir. Faktla bağlı araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG