Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:53

Gorun çatlasın, Borxes…


Guardian
Guardian
-

Argentina yazıçısı Xorxe Luis Borxes Nobel mükafatı almasa da, dünyada bu mükafatın sahiblərindən az tanınmır.

İstər məşhur, istər ortabab, istərsə də həvəskar yazarlar əsərlərinin onun yaratdığı şedevrlərlə müqayisə edilməsini şərəf bilirlər.

Amma bunu Çili yazıçısı Eduardo Labarca haqqında demək olmaz.

O... ötən il Borxesin qəbrinə... işəyib...

72 yaşlı Labarca-nın kitabının üz qabığına baxanda onun məhz Borxesin Cenevrədəki məzarını murdarladığı təsəvvürü yaranır.

Onun bu hərəkəti Argentinada qəzəblə qarşılanıb.

Hərçənd Labarca bildirib ki, böyük yazıçının məzarına yönələn şırnaq onun cinsiyyət orqanından yox, sağ əlində tutaraq fotoaparatın obyektivindən gizlətdiyi “butılka”dan gəlir.

Argentinanın mədəniyyət naziri Jorge Coscia deyib ki, foto “pis zövqün göstəricisi olmaqla yanaşı həm də qanunsuzdur: Qəbri murdarlamaqla heç nə qazanmaq olmaz”.

Çili yazıçısı isə öz hərəkətindən qətiyyən peşmançılıq hissi keçirməyib:

“Sənət baxımından qəbrə işəmə təsviri qanunsuz sayıla bilməz” – deyə o, “Guardian” qəzetinə bildirib: “Üz qabığındakı şəkil kitabın məzmununa uyğundur və bunun səbəbini anlamaq üçün kitabı oxumaq lazımdır”.

Labarca yazıçı, tərcüməçi və jurnalistdir, o, təxminən 40 il əvvəl Çilidə general Pinoçet solçu dövlət başçısı Salvador Alyendeni devirəndən sonra kütləvi repressiyalardan qurtulmaq üçün ölkədən qaçmağa məcbur olub.

Mühacirətdə sovet radiosunda çalışıb, BMT-nin müxtəlif qurumları üçün tərcüməçilik edib.

İndi Çili və Vyanada yaşayır:

Labarca Argentinanın perfil.com saytına deyib ki, Borxes onun üçün nəhəng yazıçı olsa da, bir vətəndaş kimi ona nifrət edir.

Labarca Borxesi burnunun ucundan uzağı görməyənlərlə müqayisə edib:

“Qoca vaxtı - demək olar ki tamamilə kor olan vaxtı o, diktator Pinoçetlə görüşüb. O zaman ki Pinoçet qanlı repressiyalarına davam edirdi”.

Borxes Pinoçet haqda yüksək fikirdə idi və hətta sonralar “O, çox gözəl insandır” demişdi.

“Guardian”a istinadla oxuzalı.az
Borxes (sağda) Pinoçetlə görüşür
Borxes (sağda) Pinoçetlə görüşür

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG