Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:05

Köçkünlərin uçan binası və beynəlxalq forum


-
Noyabrın 9-da çap edilən qəzetlərin icmalı:

«ÜÇ CƏBHƏÇİ GƏNCİ POLİS SAXLAYIB»
«Azadlıq» qəzeti yazır ki, Bakıda keçirilən internet forumu günü üç internet fəalı həbs olunub. AXCP üzvləri Musa Rahim, Dəyanət Babayev və Elvin Baycan noyabrın 7-də axşam saxlanılaraq Nəsimi rayon polis idarəsinin 22-ci bölməsinə aparılıblar. Onlara barələrində şikayət olduğu bildirilib. Gənclər səhəri gün saat 13-də sərbəst buraxılıblar.
«NEELİE KROES AZƏRBAYCAN HAQDA HEÇ NƏ BİLMİR»
Avropa Komissiyasının elektron məsələlər üzrə vitse prezidenti xanım Neelie Kroes
Avropa Komissiyasının elektron məsələlər üzrə vitse prezidenti xanım Neelie Kroes
Şöbə müdiri hesab edir ki, Azərbaycanda insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir.«Yeni Azərbaycan» qəzeti Prezident Adminstrasiyasının şöbə müdiri Novruz Məmmədovun fikirlərini dərc edib. Novruz Məmmədobv qəzetə müsahibəsində deyib ki, Avropa Komissiyasının elektron məsələlər üzrə vitse prezidenti xanım Neelie Kroesin ümumiyyətlə Azərbaycan haqqında heç bir məlumatı yoxdur. Əgər belə olmasaydı onu müşayət edən azərbaycanlı nümayəndədən Naxçıvanın Azərbaycandan niyə ayrı düşdüyünü soruşmazdı.
HAKİMİYYƏTDƏ PREZİDENTLİYƏ İDDİALILAR VAR?
«Yeni Müsavat» qəzeti yazır ki, hakimiyyət daxilində seçki təlatümü mövcuddur. Qəzetin bildirdiyinə görə, Milli Məclisin YAP-dan olan komitə sədri Eldar İbrahimov iqtidarda kimlərinsə 2013-cü il seçkilərində namizədliyə iddialı olduqlarını deyir. AVP sədri, deputat Fəzail Ağamalı isə bunun əksini söyləyir.
KEÇİRİLƏN TƏDBİRLƏR VƏ UĞURLU SİYASƏT
Əli Abbasov
Əli Abbasov
«Azərbaycan» qəzetində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hesab edir ki, Azərbaycanın nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkədə həyata keçirilən uğurlu informasiya-kommunikasiya texnologiyaları (İKT) siyasətinin nəticəsidir. İKT layihələrinin həyata keçirilməsi qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
YENİ TİKİLƏN BİNA ÇÖKÜR
«Bizim Yol» qəzeti köçkünlər üçün tikilən yeni binanın çökdüyünü yazır. Qəzet qeyd edir ki, 3 ay əvvəl məcburi köçkünlərin istifadəsinə verilən Qazax şəhərinin Əliağa Şıxlinski küçəsində yeni bina artıq qəzalı vəziyyətə düşüb. Onların şikayətinə baxan yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG