Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Çin Kommunist Partiyası işinə başlayıb


Çində Kommunist Partiyası işinə prezident Hu Jintaonun çıxışı ilə başlayıb. Prezident bildirib ki, Çin hədəf kimi daha yüksək məqsədlər seçməlidir. “Ona görə də daha çox işləməliyik”.

Prezident rüşvət haqqında da danışıb. Deyib ki, “əgər rüşvətə boyun əysək, bu partiyamız üçün ölümcül ola bilər. Partiyamız, ya da dövlətimiz çökər”.

Prezident deyib ki, daxili və xarici problemlərin həlli üçün yeni iqtisadi modelə ehtiyac var.
Hu Jintao 2020-ci ilə qədər həm kəndlərdəki, həm də şəhərdə adambaşına düşən gəlir səviyyəsinin iki dəfə yüksəlməsinin hədəf olduğunu bildirib.

Son vaxtlar Çində iqtisadi irəliləyiş azalıb. Yoxsulluq və qocalan əhalinin sayı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG