Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Sentyabr, Cümə, Bakı vaxtı 15:55

Hava soyuyur


-
Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti pisləşəcək. Güclənən şimal küləyi havanın temperaturunun aşağı enməsinə səbəb olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında belə deyilir.

Havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti təşkil edəcək.

Bölgələrdə isə gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, günün ikinci yarısında əsasən şimal və şərq rayonlarında yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG