Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:48

Açılışından 3 ay sonra Respublika Stadionu...


Mətbuat icmalı
Mətbuat icmalı
-

İNHİSARÇILIQ ƏLEYHİNƏ ÜSYAN?

«Bizim yol» bölgələrdə üsyanın yetişdiyini yazır. Qəzet yetişən üsyanı inhisarçılıqla əlaqələndirir:

«Bazarlar monopolistlərin xaricdən gətirdiyi mallarla dolub, yerli məhsul kəndlinin əlində qalıb. Əhalinin 44 faizinin çalışdığı aqrar sektor iflic olub, ölkəyə hər şey xaricdən gətirilir, milyonlarla insan var-yoxdan çıxarılır».

ƏRƏB DÜNYASINA AZƏRBAYCANDAN TÖHFƏ

«Dünya gör-götür dünyasıdır! Azərbaycandan da öyrənmək, nümunə götürmək vaxtıdır...cənablar!». Bu müraciət deputat Bəxtiyar Sadıqovun baş redaktoru olduğu «Azərbaycan» qəzetindəki yazısındandır.

Baş redaktor «ərəb baharı» müstəvisində inqilabların baş verdiyi ölkələrin adlarını sadalayır və inqilabdan sonrakı dövrdə həmin ölkələrdəki dağıntılara, vətəndaş müharibəsinə diqqət çəkir.

Baş redaktor «irqi, milli, dini, sosial ədalət və düşmənçilik oyadan təşviqata» yol verməyən Azərbaycan Konstitusiyasının 47-ci maddəsini yada salır və Azərbaycandan nümunə götürməyi məsləhət görür.

RESPUBLİKA STADİONU 3 AYDAN SONRA

«Yeni Müsavat» avqustun 16-da yenidən istifadəyə verilən Respublika Stadionun artıq dağılmağa başladığını yazır. Qəzet təmirinə 40 milyon manat ayrılan stadionun 3 ay sonra belə bir vəziyyətə düşməsini korrupsiya ilə bağlayır. «Rəsmi qurumlar təhlükəli bir şey olmadığını deyir, ekspertlər isə ortada ciddi yeyinti faktının mövcudluğundan danışır. Tender keçirən orqan və Gənclər və İdman nazirliyi məsuliyyət daşımalıdır, nazirlik rəsmisi isə cüzi çöküntü baş verdiyini deyir».

GÜLƏR ƏHMƏDOVA MÜXALİFƏTÇİ OLSAYDI...

«Gülər Əhmədova olayı müxalifətdə olsaydı...» «Azadlıq» qəzeti hesab edir ki, «həmin şəxs dərhal partiyadan qovulardı. Əks halda YAP və hakimiyyət partiyası daha böyük təpkilərə məruz qoyardı».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG