-
Noyabrın 4-də Sumqayıt şəhərində polis Açıq Cəmiyyət Partiyasının Sülhəddin Əkbəri və daha 8 nəfəri saxlayıb. Onlar Klassik Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahında ACP-nin yerli təşkilatının konfransını keçirmək istəyirmişlər.

Bu haqda AzadlıqRadiosuna Sülhəddin Əkbər məlumat verib.
Saxlananlar Sumqayıt şəhərindəki 3-cü polis bölməsinə aparılıb. Burada Sülhəddin Əkbər və sürücüsü ilə profilaktik söhbət aparılandan sonra buraxılıblar. Digər saxlananların da izahat alınandan sonra buraxılacağı bildirilib.
Sülhəddin Əkbərin sözlərinə görə, saxlananların sonrakı taleyini öyrənmək üçün gözləmək istəsə də ondan Sumqayıtdan çıxmağı tələb ediblər.
Sumqayıt şəhər polis şöbəsindən dedilər ki, bu haqda onlarda heç bir məlumat yoxdur.