Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:26

Ukraynada hakim partiyanın səsi 30 faizə düşüb


Ukraynada səslərin 99,8 faizinin nəticəsinə görə, hakim “Regionlar” partiyası 30, müxalifətdə olan “Batkivşina” partiyası isə 25,5 faiz səs toplayıb.

3-cü yerdə təxminən 14 faiz səslə məşhur boksçu Vitali Klischkonun “Zərbə” partiyası,
4-cü yerdə 13 faizdən bir qədər artıq səslə kommunistlər, 5-də isə 10,5 faiz səslə
millətçi “Azadlıq” partiyası gəlir.

“Zərbə” partiyası seçki prossesinə qarışan güc qurumları rəhbərlərinin istefasını tələb edir.

Hazırda həbsdə olan müxalifət lideri və keçmiş baş nazir Yuliya Timoşenko isə seçkinin saxtalaşdırılmasına etiraz olaraq oktyabrın 29-dan açlıq aksiyası keçirir.

O hakimiyyətdə olarkən səlahiyyətlərini aşma ittihamı ilə hazırda 7 illik həbs cəzası çəkir.
XS
SM
MD
LG