Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Bakıda 270 min mənzil tikiləcək


-
«Böyük Bakının inkişaf planı» layihəsi 2030-cu ilədək ildə əlavə 10-15 min mənzilin və ya 1.5 milyon kvadratmetr yaşayış sahəsinin tikintisini nəzərdə tutur.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında «Bakıdövlətlayihə» İnstitutunun direktoru İlqar İsbatov layihənin ictimai dinləmələri zamanı deyib:

«Hazırda planın əhatə etdiyi ərazidə 47 milyon kvadratmetr yaşayış sahəsi var. Layihə ərazisində bir nəfərə 18 kvadratmetr mənzil sahəsinin düşdüyünü nəzərə alsaq, əlavə 15 milyon kvadratmetr mənzil sahəsinə ehtiyac var. 2030-cu ilədək adambaşına 25 kvadratmetr sahənin düşəcəyini nəzərə alsaq, daha 20 milyon kvadratmetr yaşayış sahəsinə ehtiyac var».

İlqar İsbatov qeyd edib ki, hazırda planın əhatə etdiyi ərazidə 630 min mənzil var, halbuki 2030-cu ilədək 840-910 min mənzilə ehtiyac olacaq:

«Yəni plana əsasən, 2030-cu ilədək daha 210-270 min mənzil tikmək lazımdır».

«Böyük Bakı»nın iqtisadiyyatı Azərbaycan ÜDM-in 77.5 faizini və ya 52.9 milyard dollarını təşkil edir. /Trend/
XS
SM
MD
LG