Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Məhkəmə yunan jurnalisti günahsız sayıb


İsveçrədə bank hesabı olan 2000-dən çox Yunanıstan vətəndaşının adlarını açıqlayan yunan jurnalist Kostas Vaksevanisin məhkəməsi keçirilib. O, məxfiliyi yaymaqda ittiham olunurdu. Məhkəmə jurnalistin günahsız olduğunu bildirib.

Kostas Vaksevanis İsveçrədə bank hesabı olan şəxslərin adını redaktoru olduğu Hot Doc jurnalında yaymışdı.

Kostas Vaksevanis deyib ki, həmin adamların adlarını gizlədən siyasətçilər məhkəməyə çıxarılmalıdır.

Jurnalist Yunanıstanda siyasi elita, biznesmenlər və jurnalistlərdən ibarət qapalı bir hakimiyyət sistemi olduğunu deyib. Məhkəməyə çıxarılmamışdan əvvəl isə “həbsə girmək lazım olsa, girərəm. Qəhrəman olduğum üçün yox, Yunanıstana edilən ədalətsizliyi göstərmək üçün” demişdi.
XS
SM
MD
LG