Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:33

Azərbaycanlı alim Budaq Budaqov vəfat edib


-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov vəfat edib. Akademiyadan Trend-ə verilən məlumata görə, 84 yaşlı Budaqov Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilirdi.

Budaq Budaqov 1928-ci il 28 fevralda Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) olmuşdur. Burada Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləyib. 1988-ci ildən o, həmin institutun direktoru vəzifəsində çalışıb.

Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur.
XS
SM
MD
LG